Bu ilin I yarısında Azərbaycanda lazımi keyfiyyətdə olan, lakin istehlakçıların tələbini ödəməyən, həmçinin qüsurlu malların qaytarılması, bağlanılmış müqavilələrin ləğv edilməsi və digər hallarla bağlı təmin olunmuş müraciətlər üzrə 241 min manat vəsaiti sahibkarlar istehlakçılara qaytarıb.

İqtisadiyyat.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,3 % çoxdur.

"Sahibkar-istehlakçı münasibətlərinin inkişafında əsas hədəf mübahisələrin ilkin mərhələdə sahibkar və istehlakçı arasında uzlaşma əldə edilərək həll edilməsidir", - qurum bəyan edib.