Birləşmiş Millətlər Təşkilatı (BMT) ötən il dünya üzrə 280 humanitar işçisinin öldürüldüyünü açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (OCHA) 19 avqust "Dünya Humanitar Günü" münasibətilə bağlı açıqlama yayıb.

Bəyanatda 2023-cü ildə dünyada münaqişələrin ön cəbhəsində ölən humanitar yardım işçilərinin sayının rekord həddə çatdığı qeyd olunub.

Belə ki, ötən il 33 ölkədə 280 humanitar işçi həlak olub. Bu göstərici 2022-ci illə müqayisədə 137 faiz artım deməkdir.

 

Gözəl Həşimova