Amerikanın "Tesla" korporasiyası 2025-ci ilin sonundan etibarən Çində 6 oturacaqlı "Model Y" elektrikli avtomobil istehsalına başlayacaq.

İqtisadiyyat.az bu barədə "Reuters"ə istinadən xəbər verir.

Məlumata görə, korporasiya komponent tədarükçülərindən istehsal həcmlərini əhəmiyyətli dərəcədə artırmalarını istəyib.

Bildirilib ki, şirkət 2020-ci ildə "Model Y"ni buraxıb və bu modeli modernləşdirmək üzərində işləyir.

 

Gözəl Həşimova