İsveçrə iqtisadiyyatı bu ilin ikinci rübündə 0,7% artıb ki, bu da 2022-ci ilin ikinci rübündən bəri ən sürətli artım tempi olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) bəyanatında deyilir.

Birinci rübdə ölkədə iqtisadi artım 0.5% təşkil edib.

Aprel-iyun aylarında istehlak xərcləri 0,3%, dövlət xərcləri 0,2% artıb, ixrac 5%, idxal isə 13,8% azalıb.

 

Gözəl Həşimova