Bu ilin yanvar-iyul aylarında Azərbaycana ümumilikdə 943,7 milyon dollar dəyərində 51 179 ədəd avtomobil idxal olunub.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 5587 ədəd azalıb.

Bu dövrdə avtomobil idxalına çəkilən xərc isə ötən ilin eyni ayları ilə müqayisədə 43,2 milyon dollar çoxdur.

 

Gözəl Həşimova