Yaponiyanın aparıcı avtomobil konserni “Toyota Motor” güclü “Şanşan” qasırğasının yaxınlaşması ilə əlaqədar bu gün axşamdan etibarən Yaponiyadakı bütün zavodlarının işini dayandıracaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.

Ümumilikdə, söhbət 14 montaj zavodundan gedir. Qərar işçilərin təhlükəsizliyinin təmin edilməsi zərurəti, eləcə də yolların bağlanması zamanı komponentlərin çatdırılmasında gecikmələr səbəbindən qəbul edilib.

Yaponiyada yaxınlaşan tayfuna görə 230-dan çox aviareys də təxirə salınıb.

 

Gözəl Həşimova