“Azerspace-2” telekommunikasiya peyki orbitdə sığortalanacaq.

Bu barədə İqtisadiyyat.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlikdən ("Azərkosmos") məlumat əldə edib.

Agentlik peykin orbitdə sığortalanması xidmətinin satın alınması ilə bağlı tender elan edib.

Qeyd edilib ki, müqavilə müddəti bir ildir. Bu müddət 2024-cü ilin avqustundan 2025-ci ilin avqustuna qədər olan dövrü əhatə edir.

"Azərkosmos" “Azerspace-2” telekommunikasiya peykinin orbitdə bir illik sığortalanması xidmətinin 2,8 milyon manata başa gələcəyini ehtimal edir.

Sığorta olunacaq əmlakın dəyəri 81.000.000 (səksən bir milyon ABŞ dolları) dollardır.