Hollandiyanın Məlumatların Mühafizəsi İdarəsi Amerikanın taksi sifarişi xidməti "Uber"i avropalı sürücülərin şəxsi məlumatlarını ABŞ-yə köçürdüyünə görə 290 milyon avro cərimələyib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Krallığın səlahiyyətli orqanları şirkətin bu cür hərəkətlərini Avropa İttifaqının "Ümumi Məlumatların Qorunması Qaydası"nı pozması kimi qiymətləndirir.

Bildirilib ki, "Uber" sürücülərin şəxsi məlumatlarını Amerikadakı qərargahına ötürərkən lazımi səviyyədə müdafiəni təmin etməyib.

 

Gözəl Həşimova