Çinin aparıcı avtomobil istehsalçısı "BYD" bu ilin ikinci rübündə qlobal satış həcminə görə Yaponiyanın "Honda Motor" və "Nissan Motor" korporasiyalarını geridə qoyub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Yaponiyanın aparıcı iqtisadi qəzeti "Nikkei" məlumat yayıb.

Bildirilib ki, "BYD" avtomobil satışına görə dünyada yeddinci yeri tutub. Avtomobil istehsalçısı il ərzində satışlarını 40% artırıb.

Eyni zamanda, reytinqdə ilk beş yerdə qərarlaşan şirkətlərin qlobal satışlarında azalma müşahidə edilib. Xüsusilə, siyahıda birinci olan Yaponiyanın “Toyota Motor” şirkətinin satışları illik müqayisədə 4% azalıb.

Qeyd edilib ki, "BYD"nin nailiyyətləri qlobal avtomobil satışlarında mövcud qüvvələrin balansını pozur.

 

Gözəl Həşimova