Qırğızıstan öz ərazisində Koreyanın KIA və “Hyundai” şirkətlərindən “Kamaz” markalı avtomobillərin, həmçinin kiçik “Porter” tipli yük maşınlarının istehsalını təşkil etməyi planlaşdırır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin İqtisadiyyat Nazirliyinin sənaye şöbəsinin baş mütəxəssisi Eldos Sağımbayev məlumat verib.

Onun sözlərinə görə, Avrasiya İqtisadi İttifaqı çərçivəsində Rusiya ilə respublikada “Kamaz” markalı yük avtomobillərinin istehsalı ilə bağlı müzakirələr aparılır.

Mütəxəssis bildirib ki, “Qırğızıstan Unaa Quraşdırma” yerli müəssisəsi Koreyanın KIA və “Hyundai” şirkətlərindən kiçik “Porter” tipli yük maşınlarının istehsalı layihəsini nəzərdən keçirir.

Qeyd olunub ki, Çinin “Shacman” brendi əsasında birgə ağır yük maşınlarının istehsalı da nəzərdə tutulub. Bununla bağlı müvafiq saziş 2023-cü ilin mayında imzalanıb. 

 

Sadiq Cavadov