Alman avtomobil istehsalçısı “Bayerische Motoren Werke”nin (BMW) Avropda iyul ayında ilk dəfə olaraq elektrikli avtomobil satışında “Tesla”nı geridə qoyub.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, regionda elektrikli “BMW” avtomobillərinin satışları keçən ay 14 869 ədədə çatıb. “Tesla”nın elektrik mühərrikli avtomobillərinin satışı isə 16% azalaraq 14 561 ədəd olub.

Məlumata görə, iyulda Avropada ümumilikdə 139,3 min yeni elektromobil satılıb ki, bu da bir il əvvəlkindən 6% azdır.

Bildirilib ki, Almaniya və İsveç də daxil olmaqla bir sıra ölkələrdə bazar üçün təşviqlər ləğv edildikdən və ya azaldılandan sonra Avropada elektrikli avtomobillərə tələbat azalır. Nəticədə, bəzi avtomobil istehsalçıları, o cümlədən “Volkswagen” və “Mercedes-Benz” elektrik avtomobilləri seqmentindəki hədəflərini yenidən nəzərdən keçirmək məcburiyyətində qalıblar.

 

Sadiq Cavadov