İngiltərə 3-cü liqa klubu "Birminqem Siti" rekord qiymətə futbolçu transfer edib.

İqtisadiyyat.az xəbər verir ki, London şəhərinin təmsilçisi "Fulhem"dən Cey Stansfildi heyətinə qatıb.

"Birminqem Siti" bu transfer üçün qarşı tərəfə bonuslarla birlikdə 20 milyon avro ödəyəcək.

Qeyd edək ki, bu İngiltərə 3-cü liqası üçün rekord transfer məbləğidir.