Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda 100 avtomobil gözləyir.

İqtisadiyyat.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, “Xanoba” gömrük postunda 0, "Samur" gömrük postunda 50, "Mazımqara" gömrük postunda 13, "Biləsuvar" gömrük postunda 8, "Astara" gömrük postunda isə 10 yük maşını var.