İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) yolsuzluq avtomobili alır.

İqtisadiyyat.az xəbər verir ki, agentlik bir ədəd SUV avtomobili sifariş edib.

Qeyd edilib ki, avtomobilin istehsal ili 2024-cü il, rəngi qara olmalıdır.

İZİA full komplentasiyaya malik SUV tipli avtomobil üçün minimum 5 il və ya 100 000 km zəmanət tələbi irəli sürüb.

Agentlik avtomobilin qiyməti üçün 173 850 manat nəzərdə tutub.