Avropa İttifaqı (Aİ) səlahiyyətliləri Rusiyanın Aİ-dəki dondurulmuş aktivlərinin Ukraynaya köçürülməsi imkanlarını müzakirə edir.

Bildirilib ki, bu məsələ ilə bağlı qərar hələ qəbul edilməyib.

Aİ onlarla rusiyalı sahibkara və şirkətlərin top-menecerlərinə, o cümlədən “Rosneft”in rəhbəri İqor Seçinə, “USM Holdings”in təsisçisi Alişir Usmanova, NOVATEK-in səhmdarı Gennadi Timçenkoya və “Severstal”ın rəhbəri Aleksey Mordaşova qarşı sanksiyalar tətbiq edib.

Onların Avropa İttifaqı ərazisinə girişi qadağan edilib, şirkətlərdəki səhmləri, hesabları və daşınmaz əmlakı da daxil olmaqla bütün aktivləri dondurulub.