Belarusda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlara fasilə verilib.

Bu barədə Ukrayna Prezidentinin müşaviri Mixail Podolyak özünün tvitter səhifəsində yazıb.

O qeyd edib ki, hər iki tərəf öz hökumətlərinə məlumat verir. Danışıqlarda 3-cü raund başlayacaq.

***17:55

Ukrayna və Rusiyanın nümayəndə heyətləri arasında danışıqlar başa çatıb.

Bu barədə Ukraynanın “Seqodnya” nəşri məlumat yayıb.

Danışıqlarda hansısa nəticənin əldə edilib-edilmədiyi məlum deyil.

*** 17:23

Hazırda Ukrayna-Belarus sərhədində davam edən danışıqlarda Ukrayna tərəfinin Rusiyanın qarşısına qoyduğu əsas şərt açıqlanıb.

Bu barədə Ukrayna Prezidentinin ofis rəhbərinin müşaviri Aleksey Arestoviç məlumat verib.

O qeyd edib ki, danışıqlarda nümayəndə heyəti bütün Rusiya qoşunlarının o cümlədən Krım və Donbasdan da çıxarılmasını tələb edib.