“Ukrayna Silahlı Qüvvələri artıq Severodonetsk şəhəri ilə həmsərhəd olan Metelkino qəsəbəsinə nəzarət etmir”.

Bu barədə Luqansk vilayətinin hərbi administrasiyasının sədri Sergey Qayday məlumat verib.

Qeyd edək ki, Metelkino qəsəbəsi Ukrayna Silahlı Qüvvələri üçün mühüm strateji nöqtə hesab olunurdu.

Öz növbəsində Ukrayna Baş Qərargahı Severodonetsk uğrunda döyüşlərin davam etdiyini vurğulayıb.