Rusiya Mərkəzi Bankı 4 mart 2022-ci il tarixinə dolların rəsmi məzənnəsini 111,7564 rubl səviyyəsində müəyyən edib ki, bu da bugün ilə müqayisədə 8 rubl 50.77 qəpik yüksəkdir.

Avronun rəsmi məzənnəsi 9 rubl 46,17 qəpik artırılaraq 124,0161 rubl müəyyən edilib.

Bakı vaxtı ilə saat 15:13-ə olan məlumata görə, Moskva birjasında ticarət zamanı dolların məzənnəsi 117,04 rubl səviyyəsində olub (+10,35%), avro 124,12 rubla yüksəlib (+7,56%).

Martın 3-də Moskva birjasında hərraclar zamanı dollar və avronun məzənnələri tarixi maksimumlarını yeniləyib. Dollar 118 rublu, avro 125 rublu test edib.