Ramiz Mehdiyevin köməkçisi Eldar Əmirovun həbsinin təfərrüatları məlum olub. 

E.Əmirov ötən həftə “Bandotdel” tərəfindən saxlanılıb. Onun barəsində çoxsaylı şikayətlər olub. 

Şikayətlər əsasən E.Əmirovun işə düzəltmək adı ilə pul yığması ilə bağlıdır. İddia olunur ki, o, pul ilə işə adam düzəldirmiş. 

Lakin E.Əmirovun başqa əməllərinin də üstünün açılacağı istisna edilmir.

Əldə etdiyimiz daha bir məlumata görə isə E.Əmirov barəsində artıq məhkəmə qərarı da var. 

Belə ki, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə E.Əmirov barəsində 30 sutka həbs qərarı çıxarılıb. 

*** 12:49

Daxili İşlər Nazirliyi (DİN) dünən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti vəzifəsindən istefa verən Ramiz Mehdiyevin köməkçisinin saxlanılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, Eldar Əmirov dünən nazirliyə daxil olmuş bir məlumatın araşdırılması məqsədilə Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (“Bandotdel”) əməkdaşları tərəfindən saxlanılıb:

“Hazırda məsələ barədə araşdırma aparılır”.

Qeyd edək ki, Eldar Əmirov R.Mehdiyevin baldızı oğludur. O, R.Mehdiyevin köməkçisi işləyib.