Qərb ölkələri Ukraynaya F-16 qırıcılarının bütün eskadrilyaları verməyi planlaşdırır. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti tərəfindən yayılan Danimarka, Hollandiya və ABŞ liderlərinin birgə bəyanatında deyilir.  

Sənəddə qeyd edilir: "Biz müasir dördüncü nəsil çoxməqsədli F-16 təyyarələrinin eskadrilyalarını təhvil verməklə Ukraynanın Hərbi Hava Qüvvələri potensialını daha da inkişaf etdirməyə sadiqik". 

Əlavə edilir ki, Qərb koalisiyası qırıcıları işlək vəziyyətdə saxlamaq, eləcə də pilotların hazırlanmasını davam etdirmək niyyətindədir.

Açıqlamada bildirilir ki, Ukrayna pilotları bu yay F-16-dan istifadə edə biləcək.