BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) Qəzza zolağında 40 milyon ton dağıntının əmələ gəldiyini və dağıntıların hamısının aradan qaldırılmasının 15 ildən çox vaxt aparacağını bildirib.

Bu barədə İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir.

Bu dağıntıların aradan qaldırılmasının dəyərinin milyardlarla dollardan çox olacağı bildirilib.

Bəyanatda həmçinin dağıntılar arasında partlamamış sursat və zərərli maddələrin ola biləcəyi və bu vəziyyətin Qəzzadakı fələstinlilər üçün ölümcül təhlükələr yaratdığı qeyd edilib.

Ötən ilin oktyabrın 7-dən bəri Qəzza zolağında əksəriyyəti qadın və uşaq olmaqla 38 min 664 fələstinli ölüb, 89 min 97 nəfər yaralanıb.