Şuşa şəhər Peşə Təhsili Mərkəzi əsaslı təmir olunacaq.

İqtisadiyyat.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi bununla bağlı hazırlıqlara başlayıb.

Belə ki, Şuşa şəhər Peşə Təhsili Mərkəzinin əsaslı təmiri üzrə layihə-smeta sənədlərinin hazırlanmasına start verilib.

Nazirlik bu işləri “Sosial-İnkişaf Layihə” MMC-yə həvalə edib.

Mərkəzin layihə-smeta sənədlərinin hazırlanması 180 min manata başa gələcək.