Böyük Britaniyada illik inflyasiya iyun ayında 2% səviyyəsində qalıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Milli Statistika İdarəsinin hesabatında deyilir.

Bildirilir ki, inflyasiya may ayında ilk dəfə İngiltərə Bankının 2%-lik hədəfinə çatıb. Qeyd olunur ki, ölkədə inflyasiya 2021-ci ilin iyul ayından bəri ilk dəfə belə bir dəyərə düşüb.

“Reuters” ekspertləri iyunda rəqəmin 1,9%-ə qədər azalacağını proqnozlaşdırırdılar.