Naxçıvanda fəaliyyət göstərən "Avto Mexanika" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə müraciət edib.

İqtisadiyyat.az xəbər verir ki, şirkətin məhkəmədə qaldırdığı iddia üzrə cavabdeh qurum kimi "Naxçıvan Yol Təmir Tikinti" Məhdud Məsuliyyətli Cəmiyyəti tanınıb.

Belə ki, işin mahiyyəti hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələrlə (müflisləşmə, iflas, hüquqi şəxsin müflis olması üzrə) bağlıdır.

Müraciətdən belə başa düşülür ki, "Naxçıvan Yol Təmir Tikinti" ilə "Avto Mexanika" arasında satınalma müqaviləsi bağlanılıb. Amma "Avto Mexanika" sonradan maddi çətinliklərlə üzləşdiyindən öhdəliklərini yerinə yetirə bilməyib.

İddia hakim Kənan Hüseynovun sədrliyi ilə araşdırılacaq.

"Avto Mexanika"nın hazırda yığılmış vergi borcunun miqdarı 100 min manatı ötüb.

Qeyd edək ki, "Avto Mexanika" maşın və mexanizmlərin ehtiyat hissələrinin satışı və təmiri ilə məşğuldur. 2018-ci ildə fəaliyyətə başlayan şirkət Naxçıvanda bir çox tenderlərin qalibi olub. Qanuni təmsilçisi Əhmədov Bəxtiyar İsfəndiyar oğludur.