Tailandın paytaxtı Banqkokda lüks hoteldə Vyetnam vətəndaşı olduğu bilinən 6 nəfər ölü tapılıb.

Bu barədə İqtisadiyyat.az xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, Banqkokda yerləşən “Grand Hyatt Erawan” hotelində 6 nəfərin cəsədi tapılıb. Hotel işçiləri dərhal müaviq qurumlara məlumat veriblər. İlkin araşdırmalar nəticəsində onların qidadan zəhərlənərək öldüyünü müəyyən edilib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.