Amerika texnologiya korporasiyası “Apple Inc”in Hindistandakı gəlirləri təxminən 33% artaraq 8 milyard dollara çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumatlı mənbəyə istinadən xəbər verir.

Mənbə bildirib ki, “Apple”ın Hindistandakı gəlirinin yarıdan çoxu smartfon satışından əldə olunub.

Qeyd olunur ki, Hindistanda təxminən 690 milyon smartfon istifadə olunur və “Apple” istifadəçilərin sayı təqribən 3,5%-ə bərabərdir.

“Apple” səhmləri bazar əvvəli ticarətdə 2,1% bahalaşıb.