Maltalı siyasətçi Roberta Metsola ikinci müddətə Avropa Parlamentinin (AP) sədri seçilib.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, AP-nin Avropa seçkilərindən sonra səsvermənin keçirildiyi ilk iclası parlamentin saytında yayımlanır.

Metsolanın namizədliyinə 562 avropalı parlamentari səs verib. Onun rəqibi İspaniyadan olan deputat, həmin ölkənin solçu “Podemos” (“Biz bacarırıq”) partiyasının üzvü İrene Montero olub.