Fransa Prezidenti Emmanuel Makronun partiyası Milli Assambleyada adını dəyişərək, "Respublika uğrunda birlikdə" mənasını verən "Ensemble pour la Republique" edib.  

İqtisadiyyat.az xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb. 

Məlumata görə, bu gün keçirilən toplantıdan sonra Fransada hakim partiya olan Rönesansın adı dəyişdirilib. Rönesans partiyasının millət vəkilləri, partiyanın Milli Məclisdəki qrup rəhbərinin müavini Baş nazir Qabriel Attal ilə görüşərək, yığıncaqda qəbul edilən ad dəyişikliyi qərarına uyğun olaraq partiyanın yeni adının "Cümhuriyyət Uğrunda Birlikdə" olmasını təsdiqləyib.

2022-ci ildə Rönesans adını alan hakim partiya 2016-2017-ci illərdə Mart (En Marche), 2017-2022-ci illərdə isə Respublika Marşı (La Republique En Marche) adlandırılıb.

"Respublika naminə birlikdə" adı ilk dəfə 2021-ci ilin noyabrında Makronun tərəfində olan partiyaları 2022-ci il qanunvericilik seçkiləri üçün ortaq ittifaq altında bir araya gətirmək üçün istifadə edilib.