"İsrail Fələstinin HƏMAS hərəkatına davamlı hərbi təzyiq edir və Qəzza zolağında saxlanılan girovların azad edilməsi üçün bu təzyiq gücləndirilməlidir".

İqtisadiyyat.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu 2014-cü ildə Qəzzada əməliyyat zamanı həlak olanlara həsr olunmuş mərasimdə çıxışı zamanı deyib.

"HƏMAS təzyiq altındadır. Ona görə ki, ona zərbələr endirir, onun yüksək səviyyəli komandirlərini sıradan çıxarırıq, minlərlə terrorçunu məhv edirik. Bizə qarşı təzyiqlərə baxmayaraq, ədalətli tələblərimizdə möhkəm dayandığımız üçün təzyiq altındadır. İndi bütün girovları, həm diriləri, həm də ölüləri evlərinə qaytarmaq və müharibənin bütün məqsədlərinə nail olmaq üçün təzyiqi daha da artırmağın vaxtı gəldi. Gəlin HƏMAS üzərində təzyiqi artıraq və bütün təhlükələri məhv edək, - deyə Netanyahu bildirib.