"Avropa öz ölkələrində Amerika raketlərini yerləşdirməklə riskə gedir. Rusiya Amerikanın uzaqmənzilli silahlarının yerləşdirilməsi planlaşdırılan dövlətlərin paytaxtlarını vura bilər".  

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Amerika pul qazanmağa davam edir, Avropa bizim raketlərimizin hədəfindədir, ölkəmiz Avropada yerləşən Amerika raketlərinin hədəfindədir. Bizim o raketlərin qarşısını almaq üçün kifayət qədər potensialımız var. Bu arada, potensial qurbanlar bu dövlətlərin paytaxtları olacaq", - Peskov qeyd edib. 

Peskov yaranmış vəziyyəti "paradoksal" kimi qiymətləndirib.

"Birləşmiş Ştatlar müxtəlif mənzilli, ənənəvi olaraq ölkəmizə yönəlmiş müxtəlif tipli raketlər yerləşdirib. Buna görə də ölkəmiz həmin Avropa nöqtələrini raketlərimizin hədəfi kimi müəyyən edib", - deyə dövlət başçısının mətbuat katibi xatırladıb.