"Rusiyanın xarici işlər naziri Sergey Lavrov və onun macar həmkarı Peter Siyarto BMT-nin mənzil-qərargahında keçirilən görüşdə Ukrayna ətrafındakı vəziyyəti müzakirə edərək, Kiyevin milli azlıqların hüquqlarını pozmasının yolverilməzliyini vurğulayıblar".    

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

"Mövcud beynəlxalq problemlər, o cümlədən Ukrayna ətrafındakı vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb, Kiyevin ölkədə yaşayan milli azlıqların hüquqlarının kobud şəkildə pozulmasının yolverilməzliyi vurğulanıb", - Rusiya diplomatik departamenti qeyd edib.

Tərəflər Rusiya-Macarıstan siyasi dialoqunun səviyyəsini yüksək qiymətləndirib və iyulun 5-də Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Macarıstanın Baş naziri Viktor Orban arasında keçirilən görüşdə əldə edilmiş razılaşmaların həyata keçirilməsinin gedişini müzakirə ediblər.