Cəlilabadda qazıntı aparılan zaman qaz kəmərinin zədələnməsi nəticəsində yaranan qəza aradan qaldırılıb.

İqtisadiyyat.az xəbər verir ki, artıq 2300 abonentin qaz təchizatı bərpa edilib.

Qeyd edək ki, bu gün Cəlilabad rayonu Günəşli qaz paylayıcı stansiyadan qidalanan Təzəkənd, Üçtəpə və Cəfərxanlı kəndlərini qidalandıran diametri 200 mm-lik yer altı qaz kəmərini "SityNet" internet xətləri çəkən podratçı tərəfindən qazıntı apararkən qaz kəməri zədələnib.

Nəticədə 2300 abonetin qaz təhcizatı dayandırılmışdı.//report

***

16:47

Cəlilabadda 2300 abonent qazsız qalıb, buna səbəb qazıntı aparılan zaman qaz kəmərinin zədələnməsi olub.

İqtisadiyyat.az xəbər verir ki, Cəlilabad rayonu Günəşli qaz paylayıcı stansiyadan qidalanan Təzəkənd, Üçtəpə və Cəfərxanlı kəndlərini qidalandıran diametri 200-mmlik yeraltı qaz kəməri internet xətlərini çəkən podratçı tərəfindən qazıntı aparılarkən zədələnib. Nəticədə 2300 abonetin qaz təchizatı dayanıb.

Qəzanı aradan qaldırmaq üçün işlər görülür.//APA