"Qarabağ"ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi məlum olub.

İqtisadiyyat.az xəbər verir ki, "atlılar" bu mərhələdə Cəbəllütariqin "Linkoln" klubu ilə üz-üzə gələcəklər.

Cəbəllütariq təmsilçisi 1-ci təsnifat mərhələsində Maltanın "Hamrun" komandasını mübarizədən kənarlaşdırıb.

Qeyd edək ki, "Qarabağ"la "Linkoln" arasındakı ilk qarşılaşma iyulun 23-ü və ya 24-ü səfərdə keçiriləcək. Cavab qarşılaşması isə 1 həftə sonra Bakida baş tutacaq.