İsrail Knesseti (parlamenti) 2024-cü ilin noyabrında Baş nazir Benyamin Netanyahunun qərarı ilə buraxıla bilər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Walla" portalı məlumat yayıb.

Qeyd edilib ki, bu iddianı "Evimiz İsraildir" partiyasının lideri Aviqdor Liberman öz fraksiyasının iclasında səsləndirib. 

Portal siyasətçidən sitat gətirir: "Netanyahu noyabrda Knesseti buraxmağı planlaşdırır". 

Libermanın sözlərinə görə, Baş nazir sui-istifadə halları ilə bağlı məhkəmədə ifadə vermə müddətini təxirə salmaq üçün belə bir addım ata bilər. Bundan əvvəl Netanyahunun dekabr ayına planlaşdırılan ifadəsinin təxirə salınması ilə bağlı iki tələbi rədd edilmişdi.

Bundan əlavə, Liberman qeyd edib ki, koalisiya və hökumət hələlik yeni büdcənin müzakirəsinə başlamayıb. Onun sözlərinə görə, bu həm də ilin sonunda parlamentin buraxılması ehtimalından xəbər verir ki, bu da növbədənkənar seçkilərə səbəb olacaq.