İqtisadi əməkdaşlıq üzrə Macarıstan-Rusiya hökumətlərarası komissiyasının növbəti iclası sentyabrda Budapeştdə keçiriləcək. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə rusiyalı jurnalistlərə Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.

"Biz hökumətlərarası komissiyanın növbəti iclasının sentyabrın 20-də Budapeştdə keçirilməsi barədə razılığa gəldik", - Siyarto qeyd edib. 

O əlavə edib ki, ölkəsi sanksiyalarla məhdudlaşmayan sahələrdə Rusiya ilə iqtisadi əməkdaşlığı yaxşılaşdırmaqda davam etmək istəyir: "Aqrar sektorda, qida və əczaçılıq sənayesində Rusiya bazarında uğur qazanan bir çox Macarıstan şirkətləri var və biz bunu itirmək istəmirik".