"HƏMAS hərəkatı iyulun sonunda Çinin paytaxtında keçiriləcək Fələstin fraksiyalarının genişləndirilmiş toplantısında iştirak edəcək".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə hərəkatın Siyasi Bürosunun üzvü Hussam Bədran məlumat verib.

"Bu ay Çində Fələstin fraksiyalarının genişləndirilmiş toplantısında iştirak edəcəyik", - Bədran bildirib.

Onun sözlərinə görə, hərəkat və digər fələstinli qruplar ÇXR-dən iyulun 21 və 22-də geniş tərkibdə iclas keçirmək üçün dəvət alıblar. 

Bədran əlavə edib ki, milli birliyə nail olmaq niyyəti ilə bu çağırışa müsbət cavab veriblər. Xüsusilə də Qəzzada İsrail qüvvələri ilə toqquşmalar zamanı ehtiyac milli birliyə ehtiyac var.