"ABŞ-nin keçmiş Prezidenti Donald Trampa sui-qəsd cəhdi, digər sui-qəsd cəhdləri və təhdidlər göstərir ki, dünyada yalnız az sayda ölkə siyasi zorakılıqdan qorunur və bu narahatlıq doğurur".

İqtisadiyyat.az xəbər verir ki, bunu brifinqdə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.

"Bu, çox az ölkənin siyasi zorakılığa qarşı immunitetə ​​malik olduğunu göstərir. Belə hallar təkcə keçmiş Prezident Tramp və ya digər siyasətçilərə qarşı açıq hücumlarda görünmür. Biz həm də şifahi zorakılığın artdığını görürük. Yerli qanunvericilərin və məmurların onlara qarşı təhdidlər olduğu barədə məlumat verdiyini görürük, bu, hər bir ölkə üçün son dərəcə narahatedici əlamətdir", - diplomat qeyd edib.