ABŞ Məxfi Xidməti damından ABŞ-nin keçmiş Prezidenti Donald Trampa sui-qəsd cəhdinin edildiyi binaya baxış keçirməyib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Məlumata görə, Məxfi Xidmət bu binanın təhlükəsizliyini yerli hüquq-mühafizə orqanlarına həvalə edib. Ehtimal olunurdu ki, binanın yerləşdiyi ərazidə bir asayiş keşikçisi vəzifə yerinə yetirməli idi.