ABŞ administrasiyası bildirib ki, Vaşinqton Ukraynanın Rusiya ilə danışıqlara mümkün hazırlığını dəstəkləyəcək. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller jurnalistlər üçün keçirilən növbəti brifinqdə bildirib. 

"Rusiyanı nə vaxt sammitə dəvət etmək istəsələr, biz, əlbəttə ki, bunu dəstəkləyəcəyik", - Miller qeyd edib.

Amerikalı diplomatın sözlərinə görə, bu məsələ ilə bağlı qərarı Kiyev verməli olacaq.