Bakı Dəniz Ticarəti Limanında bədbəxt hadisə baş verib.

İqtisadiyyat.az report-a istinadən xəbər verir ki, Limanda fəaliyyət göstərən şirkətlərin birinin anbarında çalışan Məmmədağa Məstanov iş zamanı yıxılaraq dəmir qapının arasında qalıb.

M.Məstanov aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.