Maliyyə Nazirliyi blankların hazırlanmasına yarım milyon manat vəsait ayırıb.

İqtisadiyyat.az xəbər verir ki, nazirlik blankların hazırlanması işlərini "Çaşıoğlu Elm-İstehsalat" nəşriyyatına həvalə edib.

Nəşriyyat nazirliyin sifariş etdiyi protokol, qərar (qərardad) və iş icazəsi blanklarını hazırlayacaq.

Şirkətlə nazirlik arasında 546.200 manatlıq müqavilə bağlanıb.