"Ukraynada hərbi əməliyyatlar bir ildən gec olmayaraq başa çatacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu fikri hakim" "Gürcü arzusu – Demokratik Gürcüstan" partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili deyib.

O, partiyanın seçki kampaniyasının rəsmi açılışı zamanı deyib: "Ukraynada gedən müharibə bir ildən gec olmayaraq başa çatacaq və əgər respublikaçılar Amerikada prezident seçkilərində qalib gəlsələr, müharibə yanvarda bitə bilər".

İvanişvili qeyd edib ki, Ukraynada hərbi əməliyyatlar bitən kimi Tbilisi ilə Brüssel, eləcə də Vaşinqton arasında mövcud olan anlaşılmazlıq aradan qalxacaq və Gürcüstan qlobal siyasətdə oyunçular üçün tamamilə fərqli maraq obyektinə çevriləcək.

Onun sözlərinə görə, bir ildən sonra Gürcüstanla bağlı həm qlobal, həm də regional maraqlar və planlar əsaslı şəkildə dəyişəcək.