"AST Beynəlxalq Tikinti" Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv olunub.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bu barədə şirkət özü elan edib.

Qeyd olunub ki, kreditorlar iki ay ərzində tələblərini şirkətin hüquqi ünvanına bildirə bilərlər.

Qeyd edək ki, "AST Beynəlxalq Tikinti" 2007-ci ildə dövlət qeydiyyatına alınıb. 1992-ci ildən Türkiyəyə məxsus DHT Holdinqin tərkibində "DHT İnşaat" şirkəti fəaliyyət göstərib. 2007-ci ildən isə şirkət  "AST Beynəlxalq Tikinti" Məhdud Məsuliyyətli Cəmiyyəti kimi fəaliyyətini davam etdirib. Tikinti şirkəti SOCAR VİP qonaq evi, SOCAR yanacaqdoldurma stansiyaları və bir çox digər layihələrin müəllifidir.

Mətbuatda sözügedən şirkətin SOCAR-ın keçmiş prezidenti Rövnəq Abdullayevə bağlı olduğu barədə məlumatlar dərc edilib.