Pakistan Milli Bankının Bakı filialı istifadə edilmiş əsas vəsaitlərin satışını elan edir.

İqtisadiyyat.az xəbər verir ki, bank maraqlı tərəflərdən öz təklifləri ilə bağlı sorğu və yoxlama üçün əlaqə saxlamalarını xahiş edib.

Satış üçün mövcud avadanlıqlar:
1. Kompüter avadanlıqları və kompüter mebelləri
2. Ofis avadanlıqları və ofis mebelləri

Qeyd edilib ki, əmlaklar mövcud vəziyyətdə olduğu kimi satışa çıxarılır. Maraqlanan şəxslər (şirkətlər/fiziki şəxslər) 16 iyul 2024-cü il tarixdən 23 iyul 2024-cü il tarixədək iş günləri, saat 09.00-dan 17.00-dək banka müraciət edə bilərlər. Əşyaların tam siyahısını və təfərrüatları əldə etmək üçün Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi 20, m.12 ünvanına yaxınlaşmaq mütləqdir.

Qapalı tender təkliflərinin yoxlanılması və təqdim edilməsi üçün son tarix 23 iyul 2024-cü il, saat 17.00-a qədərdir. Tender təkliflərinə 24 iyul 2024-cü il tarixdə baxılacaq. Bank tender təkliflərinin açıldığı tarixdən etibarən 5 (beş) gün ərzində qalib iddiaçıya məlumat verəcəkdir.

Qazanan iddiaçı Azərbaycanın qanunlarına uyğun olaraq vergi, dövlət rüsumu, satış vergisi, avans vergisi və/və ya hər hansı digər müvafiq rüsum/vergi kimi bütün xərcləri öz üzərinə götürəcəkdir. Alqı-satqı müqaviləsi bütün müvafiq hüquqi rəsmiləşdirmələr aparıldıqdan sonra qalib gələn iddiaçının və/və ya onun səlahiyyətli nümayəndəsinin adına bağlanacaqdır.

Bank səbəb göstərmədən hər hansı/bütün təkliflərdən imtina etmək hüququnu özündə saxlayır.