Azad olunmuş bu ərazilərdə yeni qəbiristanlıqlar salınacaq.

İqtisadiyyat.az xəbər verir ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti bununla bağlı hazırlıqlara başlanılıb.

Belə ki, Cəbrayıl və Zəngilan rayonlarında işğaldan sonra yararsız hala düşmüş ərazilərdə olan ümumi tikililərin sökülməsi və ərazilərin rekultivasiyası işləri aparılacaq.

Eləcə də, Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarında tikiləcək qəbiristanlıqların layihələndirilməsi işləri həyata keçiriləcək.