ABŞ-nin "Oracle Advisory Group” təşkilatının təmsilçisi George Birnbaum növbədənkənar parlament seçkiləri ilə əlaqədar "exir-poll"un nəticələrinə əsasən, partiyaların səstoplama siyahısını açıqlayıb.

İqtisadiyyat.az-ın məlumatına görə, exit-poll nəticələrinə əsasən, parlamentdə Yeni Azərbaycan Partiyasından (YAP) - 63, Vətəndaş Həmrəyliyi Partiyasından (VHP) 3,

Bütöv Azərbaycan Partiyasından (BAP ) 1, REAL 1, Milli Cəbhə Partiyası (MCP ) 1, Azərbaycan Demokratik Maarifçilik Partiyası (AMDP) 1 nəfərlə təmsil olunacaq. Bundan başqa 46 nəfər bitərəf namizəd var.

Qeyd edək ki, "Oracle Advisory Group” Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən altı seçki dairəsini əhatə etməyib.