NATO Ukraynaya silah tədarükünü sürətləndirmək üçün alyansın Şərqi Avropa ölkələrində logistika mərkəzləri yaratmaq niyyətindədir.

İqtisadiyyat.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Vaşinqtonda keçirilən alyans sammiti çərçivəsində deyib.

Onun sözlərinə görə, sammitdə alyans ölkələrinin liderləri Ukraynaya əhəmiyyətli yardım paketini təsdiqləməlidirlər ki, bu da xüsusilə Kiyevə silah tədarükünün koordinasiyası üçün komandanlığın yaradılması və ukraynalı əsgərlərin təlimini əhatə edəcək.