Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Milli Məclisin bəyanatının hazırlanması üçün komissiya yaradılıb.

Bu barədə Milli Məclisin iclasında bildirilib.  

Komissiyanın sədri Milli Məclis sədrinin müavini Adil Əliyevdir.

Komissiyanın tərkibinə deputatlardan Elman Məmmədov, Kamal Cəfərov, Pərvin Kərimzadə, Tamam Cəfərova daxil edilib.