Mart ayından etibarən İranla Azərbaycan arasında birbaşa uçuşlar bərpa ediləcək.

Bu barədə Azərbaycanın İrandakı səfiri Əli Əlizadə “Twitter” hesabında yazıb.

“İki ölkə əlaqələrində növbəti xoş addım. Cari ilin mart ayının əvvəlindən Azərbaycanla İran arasında birbaşa uçuşlar bərpa ediləcək”, – səfir qeyd edib.