2021-ci ildə dünya üzrə kriptovalyutarla bağlı dələduzluğun ümumi məbləği 14 milyard ABŞ dollarına çatıb.

“Chainalysis” analitik şirkətinin hesablamalarına görə bu, əvvəlki ilə nisbətən 79 % artım deməkdir və rekord səviyyə hesab edilir.

Kriptovalyutalarla bağlı cinayətlərdə ötən il ikinci yerdə rəqəmsal valyuta oğurluğu gəlir. Onların əksəriyyəti kriptovalyuta müəssisələrinə kiber hücum nəticəsində baş verib. Bu tip cinayətlər 2020-ci illə müqayisədə 6 dəfədən çox artaraq 3,2 milyard ABŞ dolları təşkil edib. Oğurlanan vəsaitin 72 %-i smart müqavilələrlə bağlı olub.